Gəncədə yumurtanın, toyuq və quş əti məhsullarının qiyməti bahalaşıb

Gəncədə yumurtanın, toyuq və quş əti məhsullarının qiyməti bahalaşıb
# 22 dekabr 2006 13:45 (UTC +04:00)
Gəncədə toyuq və quş əti məhsullarının, eləcə də yumurtanın qiyməti xeyli bahalaşıb. Bu barədə APA-nın qərb bürosu məlumat verib. Məlumatda bildirilir ki, son 5 gün ərzində toyuq ətinin qiyməti 1 kiloqram üçün 2 manat 40 qəpikdən 3 manat 20 qəpiyə qalxıb. Yumurtanın qiymətində də kəskin artım hiss olunur. Mağazalarda əvvəllər yumurta 6 qəpiyə satılırdısa, indi bu qiymət 15 qəpiyə qalxıb. Satıcılar bunu topdansatış qiymətlərinin qalxması ilə əlaqələndirirlər. Gəncədə yumurtanın topdansatışı ilə məşğul olan firmalardan birinin əməkdaşı isə qiymət artımının Qurban bayramı və Yeni ilin gəlişi ilə əlaqədar olduğunu bildirib: “İldə bir-iki dəfə bayram olur. Onda da biz bir az artıq qazanmalııq, ya yox?”. Sakinlər isə bayram günlərində bazara ümumi nəzarət olunmamasından şikayətlənirlər. Onların fikrincə, Gəncə Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları bazarlarda və mağazalarda qiymətlərə nəzarət etməlidirlər. Yoxsa kim hansı qiymətə nəyi istəsə, satır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR