Ağdaşın Kükəl kəndində 200 yerlik yeni məktəb binası tikilib

Ağdaşın Kükəl kəndində 200 yerlik yeni məktəb binası tikilib
# 22 dekabr 2006 15:38 (UTC +04:00)
Ağdaş rayonunun Kükəl kəndində 200 yerlik yeni məktəb binası tikilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, təhsil ocağı dövlət vəsaiti hesabına inşa edilib. Sabah məktəbin açılış mərasimi keçiriləcək və sinif otaqları sabahdan etibarən şagirdlərin istifadəsinə veriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR