Respublikanın baş pediatrı Nəsib Quliyev: “Uşaqlar arasında qan-damar sistemi xəstəliklərinin və kardioloji qüsurların artması valideynlərin qan qohumu olmasından irəli gəlir”

Respublikanın baş pediatrı Nəsib Quliyev: “Uşaqlar arasında qan-damar sistemi xəstəliklərinin və kardioloji qüsurların artması valideynlərin qan qohumu olmasından irəli gəlir”
# 22 dekabr 2006 15:39 (UTC +04:00)
“Uşaqlar arasında qan-damar sistemi xəstəliklərinin və kardioloji qüsurların artması valideynlərin qan qohumu olmasından irəli gəlir”. APA-nın Qarabağ bürosunun məlumatına görə, səhiyyə nazirinin göstərişi ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə bölgələrə ezam olunmuş həkim briqadalarından birinə rəhbərlik edən respublikanın baş pediatrı, professor Nəsib Quliyev bu gün Mingəçevirdə keçirdiyi brifinqdə belə deyib. Onun sözlərinə görə, müayinə edilmiş uşaqlarda daha çox bronxial, kardioloji və qan-damar sisteminə aid qüsurlara daha çox rast gəlinib. Pediatr hesab edir ki, uşaqların vaxtlı-vaxtında müayinə edilməməsi onların səhhətində ciddi problemlərin yaranmasına gətirib çıxarır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR