FHN-nin Yasamal rayon Yanğından Mühafizə Xidmətinin 29 saylı bölməsinin yeni binasının açılışı olub

FHN-nin Yasamal rayon Yanğından Mühafizə Xidmətinin 29 saylı bölməsinin yeni binasının açılışı olub
# 09 may 2007 12:33 (UTC +04:00)
APA-nın məlumatına görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov texnikalara və binaya baxış keçirib. O, yanğınsöndürənlərin və xilasedicilərin iş şəraiti ilə tanış olub. Nazir əməkdaşlarla söhbətində Fransanın “CAMİVA” şirkətinin istehsalı olan avtoçən, avtonərdivan və Almaniyanın “MAN” şirkətinin istehsalı olan yanğınsöndürmə texnikasının müxtəlif funksiyaları yerinə yetirmək imkanına malik olduğunu vurğulayıb. K. Heydərov bildirib ki, bölmədə yanğınsöndürənlərlə yanaşı xilasedicilər də yerləşəcək. Yeni yanğınsöndürmə, qəza-xilasetmə texnikalarının alınması bu il də davam etdiriləcək./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR