FHN-nin “İzotop” Xüsusi Kombinatının nəzdindəki Bakı Radioaktiv Tullantılar Poliqonunun açılışı olub

FHN-nin “İzotop” Xüsusi Kombinatının nəzdindəki Bakı Radioaktiv Tullantılar Poliqonunun açılışı olub
# 09 may 2007 12:43 (UTC +04:00)
APA-nın məlumatına görə, bununla bağlı keçirilən tədbirdə nazir Kəmaləddin Heydərov, prezidentin hərbi və təhlükəsizlik məsələləri üzrə köməkçisi Vahid Əliyev, baş nazirin müavini Abid Şərifov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, səhiyyə naziri Oqtay Şirəliyev və digər dövlət rəsmiləri iştirak ediblər. “İzotop” Xüsusi Kombinatının direktoru Vüqar Hüseynov bildirib ki, poliqonun yaradılmasında və müasir avadanlıqlarla təchizatında ABŞ-ın Energetika Agentliyinin, Avropa Birliyi və MAQATE-nin yardımından istifadə olunub. Bu poliqon son 50 ildə Avropada tikilmiş ən müasir mərkəzlərdəndir.
Nazir K. Heydərov isə poliqonun nəzdində 4 milyon 300 min dollar dəyərində laboratoriya tikildiyini və radioaktiv maddələrin emalı blokunun yaradıldığını vurğulayıb. K. Heydərovun sözlərinə görə, bu laboratoriyalarda müxtəlif tədqiqatlar aparmaq imkanı var. Gələcəkdə mərkəzin imkanları daha da genişləndiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR