Qusar rayonunun Xuray kəndində yeni körpünün açılış mərasimi olub

Qusar rayonunun Xuray kəndində yeni körpünün açılış mərasimi olub
# 11 oktyabr 2007 10:54 (UTC +04:00)
Qusar rayonunun Xuray kəndində yeni körpünün açılış mərasimi keçirilib. Qusar Rayon İcra Hakimiyyətindən APA-nın şimal bürosuna verilən məlumata görə, uzun illər yol problemindən əziyyət çəkən Qusar sakinlərinin problemi çözülüb. Xuray kəndi ilə rayon mərkəzini birləşdirən yolda - Qusarçayın üzərində tikilən körpünün uzunluğu 61 metr, eni isə 6 metrdir. Bu körpünün tikintisi Heydər Əliyev Fondunun hesabına iki ay ərzində başa çatıb. Mərasimdə “Azərenerji” Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyev, Qusar RİH rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR