13300-dən çox aztəminatlı ailənin uşaqları məktəbli ləvazimatları ilə təmin ediləcək

13300-dən çox aztəminatlı ailənin uşaqları məktəbli ləvazimatları ilə təmin ediləcək
# 28 avqust 2021 10:59 (UTC +04:00)

Həssas əhali qruplarının dəstəklə əhatə olunması işlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sosial tərəfdaşlığını davam etdirən “Paşa Holdinq” bu dəfə aztəminatlı ailələrin uşaqlarını məktəbli ləvazimatları ilə təmin etməyə başlayıb.

Nazirlikdən APA-ya bildirilib ki, şirkət yeni tədris ili ərəfəsində Bakı və regionlarda 13300-dən çox aztəminatlı ailənin uşaqlarının məktəbli ləvazimatları ilə təmin etməyi nəzərdə tutur. “Paşa Holdinq” tərəfindən təqdim edilən çanta, məktəbli forması və digər zəruri məktəb ləvazimatları Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən ailələrə çatdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR