182 peşə və kvalifikasiya standartı təsdiq edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

© APA | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

# 30 noyabr 2021 13:43 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclasında 182 peşə və kvalifikasiya standartının təsdiq edilməsi qərara alınıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, nazir Sahil Babayev bildirib ki, peşə və kvalifikasiya standartları işçi qüvvəsinin işəgötürənlərin tələbinə cavab verməsi və rəqabət qabiliyyətinin artırılması, peşə-ixtisas təhsili proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə hazırlanır.

Ümumən 2021-ci ilin ötən dövründə 700-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib və ilin sonuna bu rəqəmin 1000-ə çatdırılması planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR