2020-2021-ci tədris ilində Bakı məktəblərində işə qəbul olunan müəllimlərin sayı açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

© APA | Bakı Şəhəri üzrə Təhsil İdarəsi

# 09 iyun 2021 12:05 (UTC +04:00)

2020-2021-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə 1739 vakansiya təqdim olunub.

İdarədən APA-ya verilən məlumata görə, müsabiqə və müsahibələr nəticəsində 2020-2021-ci tədris ilində 1600 nəfər işə qəbul olunub. Onlardan 760 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində; 580 nəfər müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində; 260 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR