2021-ci ilin ilk Ay tutulması olub - YENİLƏNİB

Ay tutulması

© APA | Ay tutulması

# 26 may 2021 16:52 (UTC +04:00)

2021-ci ilin ilk Ay tutulması hadisəsi başa çatıb.

APA-nın məlumatına görə, ay tutulması 3 saat 8 dəqiqə davam edib. Bu təbiət hadisəsini Şərqi Asiya, Avstraliya, Amerika və Sakit okeanda müşahidə etmək mümkün olub.

Ay tutulması Azərbaycanda müşahidə olunmayıb.

***

13:44

2021-ci ilin ilk Ay tutulması hadisəsi başlayıb.

APA-nın məlumatına görə, tutulma tam Ay tutulmasıdır. Tutulma hadisəsi 3 saat 8 dəqiqə davam edəcək. Belə ki, saat 13:44:57-də başlayan Ay tutulması saat 16:52:23-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:18:42-də olacaq. Bu təbiət hadisəsini Şərqi Asiya, Avstraliya, Amerika və Sakit okeanda müşahidə etmək mümkün olacaq.

Qeyd edək ki, tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR