2022-ci ildə ətraf mühitin mühafizəsinə ayrılacaq vəsait müəyyənləşib

2022-ci ildə ətraf mühitin mühafizəsinə ayrılacaq vəsait müəyyənləşib
# 27 oktyabr 2021 10:56 (UTC +04:00)

Gələn il dövlət büdcəsindən ətraf mühitin mühafizəsinə ayrılacaq vəsait məlum olub.

APA-nın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, gələn il dövlət büdcəsindən ətraf mühitin mühafizəsinə 285 828 108, 0 manat ayrılacaq.

Bu məbləğin 7 743 673, 0 manatı bioloji zənginliyin qorunmasına, 10 966 058, 0 manatı hidrometeorologiya tədbirlərinə, 15 467 857, 0 manatı meşə təsərrüfatına, 1 443 272, 0 manatı balıqçılıq və ovçuluğa, 248 992 248, 0 manatı ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsinə, 1 215 000, 0 manatı ətraf mühitin mühafizəsi sahəsinə aid edilən digər xidmətlərə ayrılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR