22 dövlət orqanında 177 vakant vəzifə üzrə müsahibə elan olunub

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 24 may 2021 16:49 (UTC +04:00)

2021-ci il 24 may tarixində mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 22 dövlət orqanında 177 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilərlər. Müsahibədə iştirak üçün namizədlər 22 iyun 2021-ci il saat 18:00-dək “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidirlər.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (35) və Dövlət Statistika Komitəsi (20) tərəfindən təqdim olunub.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib:

1. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (35 vəzifə) – AC4 altqrupu üzrə 1, BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 10, BB3 altqrupu üzrə 10, BB4 altqrupu üzrə 13 vəzifə;

2. Dövlət Statistika Komitəsi (20 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 3, BB3 altqrupu üzrə 7, BB4 altqrupu üzrə 9 vəzifə;

3. Şəki Apellyasiya Məhkəməsində BA4 altqrupu üzrə 18 vəzifə;

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (15 vəzifə) – AB4 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 7, BB2 altqrupu üzrə 3 vəzifə, BB4 altqrupu üzrə 4 vəzifə;

5. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (11 vəzifə) – AC4 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 9 vəzifə;

6. Gəncə Apellyasiya Məhkəməsində BA4 altqrupu üzrə 9 vəzifə

7. Lənkəran Rayon Məhkəməsində BB4 altqrupu üzrə 9 vəzifə

8. Gəncə Şəhər Nizami Rayon Məhkəməsində BB4 altqrupu üzrə 7 vəzifə

9. Bakı Şəhər Qaradağ Rayon Məhkəməsində BB4 altqrupu üzrə 6 vəzifə

10. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində BB4 altqrupu üzrə 6 vəzifə

11. Sumqayıt Şəhər Məhkəməsində BB4 altqrupu üzrə 6 vəzifə

12. Ağcabədi Rayon Məhkəməsində BB4 altqrupu üzrə 5 vəzifə

13. Şirvan Şəhər Məhkəməsində BB4 altqrupu üzrə 5 vəzifə

14. Gəncə Kommersiya Məhkəməsində BB2 altqrupu üzrə 4 vəzifə

15. Mingəçevir Şəhər Məhkəməsi (4 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqruppu üzrə 3 vəzifə

16. Şirvan Kommersiya Məhkəməsində BB2 altqruppu üzrə 3 vəzifə

17. Maliyyə Nazirliyi (3 vəzifə) – BA4 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 2

18. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (3 vəzifə) – BA4 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 2

19. Bakı Apellyasiya Məhkəməsində BA4 altqrupu üzrə 2 vəzifə

20. Sumqayıt İnzibati Məhkəməsində BB2 altqrupu üzrə 2 vəzifə

21. Lənkəran Ağır Cinayətlər Məhkəməsində BB2 altqrupu üzrə 2 vəzifə

22. Milli Televiziya və Radio Şurası (2 vəzifə) – AB1 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 1 vəzifə

Ümumilikdə, müsahibəyə çıxarılmış 177 vakant vəzifənin 2-si AB, 2-si AC, 44-ü BA, 129-u isə BB vəzifə qrupuna aiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR