28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq - VİDEO

Milli Məclis

© APA | Milli Məclis

# 19 oktyabr 2021 19:02 (UTC +04:00)

Bayram elan edilmiş 28 May Müstəqillik Günü qeyri-iş günü, 18 Oktyabr Müstəqilliyin Bərpası Günü iş günü olacaq.
APA-nın məlumatına görə, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub və parlamentin plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunub. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Əmək Məcəlləsinə dəyişiklik isə uyğunlaşdırma xarakteri daşıyır.
Qeyd edək ki, bundan əvvəl mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunub

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR