2900-dən çox şəhid ailəsinin 10 mindən artıq üzvünə psixoloji yardım göstərilib

2900-dən çox şəhid ailəsinin 10 mindən artıq üzvünə psixoloji yardım göstərilib
# 11 iyun 2021 11:44 (UTC +04:00)

“Postmüharibə dövründən 2900-dən artıq şəhid ailəsinin 10 mindən artıq ailə üzvünə psixoloji yardım göstərilib”.

APA-nın məlumatına görə, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev “Sosial saat”da deyib.

O bildirib ki, bu yardımlar ailənin vəziyyətindən asılı olaraq qısa və uzunmüddətli həyata keçirilib: “Eyni zamanda onlayn psixoloji yardım xidməti yaradılıb. Xidmətə 1500-dən artıq zəng daxil olub. Həmin şəxslərə onlayn psixoloji yardım göstərilib. Proses indi də davam edir. Həmçinin itkin düşmüş şəxslərin ailələri ilə psixoloji yardım işi aparmışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR