35 min təhsil işçisinə peyvəndlə bağlı vahid əks göstəriş sertiifikatı veriləcək

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 24 avqust 2021 12:52 (UTC +04:00)

“Vaksinasiya başlayandan kifayət qədər təhsil işçisi əks göstəriş haqqında arayışlar təqdim edib”.

APA-nın məlumatına görə, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda deyib.

O bildirib ki, avqustun 9-dan əks göstərişə dair arayış forması hazırlanıb: “Keçən həftədən rayon təhsil şöbələrinə tapşırıq verilib, əks göstəriş arayışı olan 35 minə yaxın təhsil işçisi vahid əks göstəriş sertiifikatı almalıdır. Ənənəvi təhsilə qayıtmaq üçün təhsil işçiləri bizə dəstək olmalıdır. Bunun da yolu vaksinasiyadır, hələ ki, başqa yolu yoxdur.

Düşürəm ki, hər hansı problemlərə görə narahat olub vaksin vurdurmayan, əks göstəriş arayışı alanlar vaksinlərin ciddi yan təsiri olmadığını nəzərə alaraq peyvənd vurduracaq və onların əksəriyyəti əks göstəriş sertifikatı almaqdan imtina edəcəklər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR