37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verilib

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verilib
# 04 noyabr 2021 15:27 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi Qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə müvafiq Qərar imzalayıb.

Nazirər Kabinetindən APA-ya verilən məlumata görə, qərara əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Respublikanın müxtəlif şəhər və rayonlarındakı 37 məktəb və liseyə Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanlarının adları verilib.

Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanlarına bu Qərardan irəli gələn məsələlərin həll edilməsinə dair tapşırıq verilib.

1. Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə “Azərbaycanın Milli Qəhrəmanı” Polad İsrayıl oğlu Həşimovun adı verilib.

2. Bakı şəhəri 98 nömrəli tam orta məktəbə “Azərbaycanın Milli Qəhrəmanı” İlqar Anzor oğlu Mirzəyevin adı verilib.

3. Qubadlı rayonu Xanlıq kənd 3 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Abşeron rayonunda yerləşir) “Azərbaycanın Milli Qəhrəmanı” Şükür Nəriman oğlu Həmidovun adı verilib.

4. Bakı şəhəri 47 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Zaur İsmayıl oğlu Nudirəliyevin adı verilib.

5. Qəbələ şəhəri 3 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Əfqan Ağasəf oğlu Abdurahmanovun adı verilib.

6. Masallı şəhəri 6 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Ramiz Sübhan oğlu Cəfərovun adı verilib.

7. Biləsuvar şəhəri Uşaq İncəsənət Məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Orxan Nadir oğlu Əkbərovun adı verilib.

8. Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşir) Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Anar Vaqif oğlu Əliyevin adı verilib.

9. Qubadlı rayonu Mahmudlu kənd tam orta məktəbinə (müvəqqəti olaraq Sumqayıt şəhərində yerləşir) Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Faiq Qaçay oğlu Qasımovun adı verilib.

10. Bakı şəhəri 216 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Ramiz Vaqif oğlu Qasımovun adı verilib.

11. Qubadlı rayonu Xanlıq kənd ümumi orta məktəbinə (müvəqqəti olaraq Bakı şəhəri, Ramana qəsəbəsində yerləşir) Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Vüqar Əhməd oğlu Ağayevin adı verilib.

12. Beyləqan şəhəri Təbiət və Humanitar Fənlər Təmayüllü Liseyə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Elbrus Eyvaz oğlu Bayramovun adı verilib.

13. Lerik şəhəri 2 saylı Körpələr Evi-uşaq bağçasına Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Amid Rəbbil oğlu Heydərovun adı verilib.

14. Zaqatala şəhəri Humanitar fənlər gimnaziyasına Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Şixamir Oruc oğlu Qaflanovun adı verilib.

15. Bakı şəhəri 88 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Elçin Elşən oğlu Mansurovun adı verilib.

16. Sumqayıt şəhəri 25 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Anar Mehman oğlu Şükürovun adı verilib.

17. Cəlilabad şəhəri 2 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Rəşad Arif oğlu Abdullayevin adı verilib.

18. Biləsuvar rayonu Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Nihad Akif oğlu Babayevin adı verilib.

19. Bakı şəhəri 48 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Ceyhun Aydın oğlu Həsənovun adı verilib.

20. Biləsuvar rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Cavid Hilal oğlu Mahmudovun adı verilib.

21. Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Veysəl Yadullayeviç Musibovun adı verili .

22. Zəngilan rayonu 1 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Bakı şəhəri, Binəqədi rayonunda yerləşir) Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Surxay Əbdül oğlu Noçuyevin adı verilib.

23. Zaqatala şəhəri 5 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” İsmayıl Məhəmməd oğlu Səmədovun adı verilib.

24. Zaqatala rayonu Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Valeh Vahid oğlu Bədəlovun adı verilib.

25. Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Azad Arif oğlu Hümbətovun adı verilib.

26. Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Adil Asəm oğlu İbrahimlinin adı verilib.

27. Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Şahin Hüseynbala oğlu Allahyarovun adı verilib.

28. Salyan Peşə Liseyinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Sübhan Rahim oğlu Cəbrayılovun adı verilib.

29. Neftçala şəhər Uşaq İncəsənət məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Camal Vidadi oğlu İsmayılovun adı verilib.

30. Quba şəhəri Texniki təmayüllü liseyə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Mehrab Söhrab oğlu Niftəliyevin adı verilib.

31. Ağstafa rayonu Böyük Kəsik kənd tam orta məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Azər Nazim oğlu Yusiflinin adı verilib.

32. Masallı şəhəri 3 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” İntiqam Bayram oğlu Əsgərlinin adı verilib.

33. Qobustan şəhəri 2 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Elyar Arif oğlu Vəliyevin adı verilib.

34. Tovuz rayonu Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyaya Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Orxan Rövşən oğlu Cabbarovun adı verilib.

35. Oğuz şəhəri 3 nömrəli məktəb-liseyə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Nail Nəriman oğlu İbrahimlinin adı verilib.

36. Balakən şəhəri Humanitar və texniki təmayüllü liseyə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Amin Tacəddin oğlu Novruzovun adı verilib.

37. Füzuli rayonu Horadiz şəhəri 3 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Fəqan Amil oğlu Zalovun adı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR