7 iyul Şəkidə “Şəhər günü” kimi qeyd olunacaq - VİDEO - YENİLƏNİB

7 iyul Şəkidə “Şəhər günü” kimi qeyd olunacaq - VİDEO  - YENİLƏNİB
# 07 iyul 2021 16:28 (UTC +04:00)

7 iyul Şəkidə “Şəhər günü” kimi qeyd ediləcək.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bunu Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov bu gün Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatın təqdim olunma mərasimində bildirib.

Tədbirdə vurğulanıb ki, 7 İyul 2019-cu il tarixində Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında Azərbaycanın Şəki şəhəri “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və 7 İyul 2021-ci il tarixində isə Şəkiyə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olunub.

Məhz bu səbəbdən simvolik olaraq hər il 7 İyul Şəkidə “Şəhər günü” kimi qeyd ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR