Beynəlxalq Türk Akademiyası Elmi Şurasına sədrlik Azərbaycana keçib

Beynəlxalq Türk Akademiyası Elmi Şurasına sədrlik Azərbaycana keçib
# 30 yanvar 2020 10:56 (UTC +04:00)

"Beynəlxalq Türk Akademiyası Elmi Şurasına sədrlik Azərbaycana həvalə edilib".

APA-nın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Türk dövlətləri əməkdaşlıq platforması çərçivəsində Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının 3-cü iclası və toplantısı keçirilir: "Beynəlxalq Türk Akademiyasının nizamnaməsinə əsasən, Elmi Şuraya rəhbərlik hər il bir ölkəyə həvalə olunur. Ötən il Akademiyaya Qırğızıstan rəhbərlik edirdi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına rəhbərlik Azərbaycana keçdiyi üçün Beynəlxalq Türk Akademiyasına rəhbərlik də bu il bizə həvalə olunub. Bugünkü tədbirdə bütün türkdilli dövlətlərin beynəlxalq nümayəndəlikləri iştirak edir''.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR