Deputat insan alveri ilə bağlı qanunvericilik bazasının genişləndirilməsini təklif edib

Deputat insan alveri ilə bağlı qanunvericilik bazasının genişləndirilməsini təklif edib
# 23 aprel 2021 12:11 (UTC +04:00)

“İnsan alveri ilə bağlı qanunvericilik bazasının genişləndirilməsi üzərində işləməliyik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, bu qanunun qəbulundan xeyli vaxt keçib: “Milli Koordinatorun səlahiyyətlərini artırmalıyıq. Məncə, qurum Nazirlər Kabinetinin yanında fəaliyyət göstərsə, daha faydalı olar. Milli Koordinatorun yanındakı İşçi Qrupunda 14 dövlət qurumu və çoxlu sayda QHT iştirak edir. Onların fəaliyyətini isə biz sadəcə bu hesabat dinləniləndə görürük. Eyni zamanda Milli Koordinatorun Ombudsmanla əlaqələri genişləndirilməlidir. Analiz aparsaq, struktur baxımından insan alverinə məruz qalan qadınların böyük əksəriyyəti peşəsi olmayan, ailəsi uğursuz olan, təhsilsiz qadınlardır. Digər tərəfdən alimentlərlə bağlı problemlər də bu gün aktualdır. Boşanmış qadınların çoxu təyin olunan alimenti ala bilmir. Bunları da düşünməliyik. Qadınların məşğulluğu ön planda olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR