AAYDA-nın şöbə rəisi: "Zəfər yolunun üzərində 4 körpü inşa olunacaq, onlardan 3-də tikinti işlərinin 70 faizi görülüb" - VİDEO - YENİLƏNİB

İlham Süleymanov, AAYDA-nın şöbə rəisi

© APA | İlham Süleymanov, AAYDA-nın şöbə rəisi

# 16 iyun 2021 12:56 (UTC +04:00)

Bu gün bir qrup jurnalist işğaldan azad olunan Füzuli rayonuna səfər çərçivəsində Zəfər yolunda inşa edilən körpüdə görülən işlərlə tanış olub.

APA-nın heyətdə olan əməkdaşının verdiyi məlumata görə, media nümayəndələrinə inşa edilən körpüdə görülən işlər barədə məlumat verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA)şöbə rəisi İlham Süleymanov bildirib ki, 101 km-lik Əhmədbəyli-Füzuli-Şuşa - “Zəfər” yolunun tikintisi üzrə işlərin 75-80%-i görülüb, torpaq işləri yolun 51 km-liyində tam başa çatdırılıb.

“Hazırda yol konstruksiyasının inşası aparılır. Artıq Zəfər yolunun 1 km 200 m hissəsinin asfalt örtüyü də vurulub. Yolun üzərində 4 körpü inşa olunacaq. Körpülərdən 3-də tikinti işlərinin 70 faizi görülüb”, - deyə o qeyd edib.

Şöbə rəisi körpülərin Ağdam-Füzuli yolunun həm yolötürücüsü, həm də çay yataqları üzərində süni qurğu funksiyası yerinə yetirəcəyini söyləyib.

İ. Süleymanov Zəfər yolunun tamamlanmaq üzrə olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR