“Abituriyent” jurnalının 2-ci nömrəsi çap edilib

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 30 may 2021 18:21 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 2ci nömrəsini çap edib.

DİM-dən APA-ya verilən məlumata görə, bu nömrədə 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilib.

Bu nömrədə həmçinin:

- 2020-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları;

- tarix fənnindən Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) məqaləsi;

- imtahan fənləri üzrə qəbul imtahanlarında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr;

- cavabların "Cavab kartı" və "Cavab vərəqi"ndə qeyd olunma qaydasının izahı və sair materiallar da dərc olunmuşdur.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR