Abituriyentlər arasında Azərbaycan bölməsində oğlanlar, rus bölməsində qızlar çoxdur 

Abituriyentlər arasında Azərbaycan bölməsində oğlanlar, rus bölməsində qızlar çoxdur 
# 23 iyun 2021 14:54 (UTC +04:00)

Ötən il ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin 53.51%-ni (45221 nəfər) oğlanlar, 46.49%-ni (39291 nəfər) isə qızlar təşkil edib.

APA-nın xəbərinə görə, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib. Qeyd edilib ki, qəbul imtahanlarında iştirak edənlərin cinsi tərkibi
əhalinin 15-19 yaş kateqoriyasındakı tərkibinə uyğundur.

Bölmələr üzrə ayrı-ayrılıqda ali təhsil müəssisələrinə ərizə verən abituriyentlərin cinsi tərkibinə nəzər saldıqda mənzərənin bir qədər fərqli olduğunu müşahidə edirik. Belə ki, Azərbaycan bölməsində oğlan abituriyentlərin (53.85%), rus bölməsində isə qız abituriyentlərin (50.33%) sayı daha çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR