ABŞ Azərbaycanın qadınlara qarşı zorakılıqla bağlı gördüyü işləri təqdirəlayiq hesab edir

ABŞ səfiri Li Litzenberger

© APA | ABŞ səfiri Li Litzenberger

# 29 noyabr 2021 10:21 (UTC +04:00)

"Zorakılığa məruz qalanlarla işləyənlərin potensialının artırılması vacibdir".

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Gender əsaslı zorakılıqla mübarizə üzrə İlkin yardım tərəflərinin 1-ci Milli Konfransında deyib.

Səfir bildirib ki, məsələyə müdaxilə edən insanlar olaraq qurbanlarla necə işləyəcəyini bilməlidir: "Bu işdəki məsuliyyət və həvəs zorakılığa qarşı mübarizə böyük rol oynayır. Zorakılıq insan ləyaqətinə təhqirdir. İqtisadi, yerli siyasi inkişafa əngəldir. Prezident Baydenin dediyi kimi, dünyadakı hər bir qadının hüququnu təmin etmədən insan hüququndan danışmağın adı yoxdur. Azərbaycanın bu sahədə gördüyü işlər təqdirəlayiq hesab edirik. Pandemiya şəraitində bütün dünyada qadınlara təsirlərinin müşahidə etdik. Qadınlara qarşı zorakılıq birbaşa onların hüquqlarının pozulmasi deməkdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR