ABŞ-ın Marşal İrsi İnstitutunun prezidenti: "Bu günə qədər bizim itlər bir mina belə partlatmayıb"

ABŞ-ın Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor

© APA | ABŞ-ın Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor

# 26 avqust 2021 16:38 (UTC +04:00)

“Bu, Azərbaycana 6-cı səfərimizdir. MLI-nın ANAMA ilə əməkdaşlığı 2005-ci ildən davam edir. Burada ən böyük rolu ABŞ Dövlət Departamenti oynayıb”.

APA-nın məlumatına görə, bunu ABŞ-ın Marşal İrsi İnstitutunun (Marshall Legacy Institute, MLI) prezidenti Perri Baltimor deyib.

MLI sədri bildirib ki, hazırda departamentin nümayəndələri də burada iştirak edir: “48 saatdan az müddətdir ki, Azərbaycandayıq. Bu qısa müddətdə çox böyük işlər görüldü. Hər zaman olduğu kimi, ANAMA-nın işçiləri lazım olan yerdə lazım olan vaxtda olurlar. Onlar lazım olan bütün işləri edirlər. Biz Füzuli bölgəsinə getdik. Ötən dəfə biz Füzuliyə çox uzun vaxtda gedib çıxa bilmişdik. İndi isə çox gözəl yolla bizi apardılar. Bu, səfərin ən çox yaddaqalan hissəsi oldu. Biz birbaşa itlərlə işləyən heyətlə tanış olduq. İtlər bizdən 1-2 saat öncə çatsa da, əməliyyata tam hazır vəziyyətdə idi. İtlərə baxan mütəxəssisə buna görə təşəkkür edirəm”.

O, itlərin minatəmizləmədə mühüm rolu olduğunu deyib: “Azərbaycanın qarşılaşdığı bu çətin duruma öz töhfəmizi verməyə bizə imkan tanıdığınız üçün çox sağ olun. Bizim uzunmüddətli əməkdaşlığımız bu gün üçün idi. İtlərin minatəmizləmədə rolu böyükdür. İtlər öz həyatlarını, cisimlərini təhlükəyə ataraq insanları xilas etməyə çalışır. Bu günə qədər ANAMA-ya 40, dünyanın digər ölkələrinə 200 it təmin etmişik. Bu günə qədər bizim itlər bir mina belə partlatmayıb. Bu, qarşı tərəfin təlimçilərinin də itlərə verdiyi təlimdən asılıdır. Bizim bu anlaşmamızın uğurlarından biri də ABŞ-Azərbaycan Ticarət Palatasından asılıdır. 2 itdən birini də “Kapitalbank”, digərini isə “Paşabank” alıb. İtin birinin adı “Hünər” qoyulub. Bu, ilk haldır ki, bizim əməkdaşlıq etdiyimiz ölkə bizim itlərin bir hissəsini öz vəsaiti hesabına alır, digər hissəsi bizim donorlar hesabına təmin edilir. Bu işlər uşaqların təhlükəsiz ərazidə oynaya bilməsi, insanların təhlükəsiz ərazidə yaşaya bilməsi üçün görülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR