ABŞ səfiri Qaxda su təminatının yaxşılaşdırılması layihəsi ilə bağlı tədbirdə iştirak edib - FOTO - VİDEO - YENİLƏNİB

Qaxda “Texniki su təminatının yaxşılaşdırılması” layihəsi ilə bağlı tədbir

© APA | Qaxda “Texniki su təminatının yaxşılaşdırılması” layihəsi ilə bağlı tədbir

# 04 avqust 2021 22:49 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


14:17

Əhalinin su problemini həll etmək üçün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə Qax rayonunun Qaradolaq kəndində “Texniki su təminatının yaxşılaşdırılması” layihəsi həyata keçirilib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Lee Litzenberger, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, İqtisadiyyat Nazirliyi Şəki-Zaqatala regional bölməsinin rəisi Qalib Məsimov, müvafiq qurum nümayəndələri və kənd sakinləri iştirak edib.
Tədbirdə vurğulanıb ki, Qaradolaq kəndində icra olunan layihənin ümumu maya dəyəri 56 min 500 manatdır. Bu məqsədlə 3 min 600 metr su xətti çəkilib. Qeyd olunub ki, rayonun İlisu kənd inzibati ərazisinin nəzdində olan Qaradolaq kəndində 105 ailə yaşayır, bütün ailələr içməli su ilə təmin olunub.

Tədbirdə bildirilib ki, bu, USAİD-in maliyyə dəstəyi ilə Qaxda həyata keçirilən sayca altıncı layihədir. Rayonda daha iki layihənin həyata keçirilməsi istiqamətində iş gedir. USAİD Azərbaycanda indiyədək 147 icmada 364 min insanı əhatə edən 181 layihə həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR