ABŞ səfiri Şəki Rayon Mərkəzi Xəstəxanasında yaradılan Təlim Mərkəzində olub - FOTO - VİDEO - YENİLƏNİB

ABŞ-ın Azərbaycandakı səfiri Şəki Rayon Mərkəzi Xəstəxanasında yaradılan Təlim Mərkəzində

© APA | ABŞ-ın Azərbaycandakı səfiri Şəki Rayon Mərkəzi Xəstəxanasında yaradılan Təlim Mərkəzində

# 04 avqust 2021 23:18 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


19:22

ABŞ-ın Azərbaycandakı səfiri Şəki Rayon Mərkəzi Xəstəxanasında yaradılan Təlim Mərkəzində olub.


APA-nın şimal-qərb bürosunun məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfiri Lee Litzenberger ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və UNİCEF tərəfindən TƏBİB və ÜST-nın tərafdaşlığı ilə həyata keçirilən “PROACT” Təlim Proqramı çərçivəsində Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində yaradılmış Təlim Mərkəzində yaradılan şərait və iş prosesi ilə yaxından tanış olub.
Səfiri Lee Litzenberger jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycanın müxtəlif ərazilərində 12 belə təlim mərkəzi yaradılıb. Bu mərkəzlərin yaradılmasında məqsəd səhiyyə işçilərinin COVİD-19-la mübarizə bacarıqlarını və eyni zaman peşə bacarıqlarını artırmaqdır. Azərbaycanda yaradılmış bu təlim mərkəzlərində indiyədək ümumilikdə 500 tibb işçisi təlim kurslarına cəlb edilib və təlimlər keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR