ABŞ Səfirliyi Lənkəran Dövlət Universiteti və ADPU ilə Anlaşma Memorandumu imzalayıb - FOTO

Li Litzenberqer, Kamal Abdulla

© APA | Li Litzenberqer, Kamal Abdulla

# 04 oktyabr 2021 12:28 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı Səfirliyi Lənkəran Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Anlaşma Memorandumu imzalayıb.

APA-nın xəbərinə görə, imzalanma mərasimi Azərbaycan Dillər Universitetində keçirilib.

ADU-nun rektoru Kamal Abdulla bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsində “Amerika guşələri”nin açılması təqdirəlayiq təşəbbüsdür.

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer deyib ki, imzalanmış memorandum əsasən Lənkəran və Şəkidə iki “Amerika guşəsi” açılacaq: “Bu guşələr ABŞ haqqında öyrənmək, təhsil imkanları və s. baxımından önəmli rol oynayacaq, turizm sahəsində bacarıqların artırılması üçün töhfə verəcək. Azərbaycanın ən dəyərli sərvəti Azərbaycan xalqıdır, onun insanlarıdır. Buna görə də biz öz səylərimizi Azərbaycan vətəndaşlarının bacarıq və qabiliyyətlərinin artırılması, yeni iş yerlərinin açılması istiqamətində dəstək verməyə yönəltmişik”.

Qeyd edək ki, Memoranduma əsasən Lənkəran Dövlət Universitetində və ADPU-nun Lənkərandakı filialında “Amerika guşələri” yaradılacaq. “Amerika guşələri” proqramı 2007-ci ildən bəri fəaliyyət göstərir. Proqram çərçivəsində Bakı, Gəncə, Xaçmaz, Salyan və Kürdəmirdə 5 “Amerika guşəsi” fəaliyyət göstərir. Bu guşələr ingilis dili təlimi, təhsillə bağlı məsləhətlər, məişətlə bağlı təlimlər, mədəniyyət və informasiya sessiyaları da daxil olmaqla bir neçə layihələrə dəstək verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR