Abşeronda valideynlərin xəbəri olmadan övladları başqa məktəbə köçürülüb

Abşeronda valideynlərin xəbəri olmadan övladları başqa məktəbə köçürülüb
# 07 oktyabr 2021 16:12 (UTC +04:00)

Abşeron rayonu, Xırdalan şəhər 2 nömrəli məktəbin valideynləri övladlarının onlardan xəbərsiz Xırdalan şəhər 3 nömrəli məktəbə köçürülməyindən narazıdırlar.

Məsələ ilə bağlı APA-ya müraciət edən valideynlər bildiriblər ki, onların övladları Xırdalan şəhər 2 nömrəli məktəbin rus bölməsi üzrə I sinfinə qəbul olublar. Dərslərin açılmağına 2 gün qalmış isə valideynlərə xəbər verilib ki, onların övladları 2 yox, 3 nömrəli məktəbdə təhsil alacaqlar. Övladlarının evlərindən nisbətən uzaq məsafədə yerləşən məktəbdə oxumağına etiraz edən valideynlərə isə bildirilib ki, bu vəziyyət müvəqqətidir.

Məsələ ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri başqa məktəbə yerləşdirilib: "Belə ki, şagird sıxlığı ilə əlaqədar olaraq məktəbin rus bölməsinin bəzi ibtidai sinifləri dərslərin tədrisinə Xırdalan şəhər 3 nömrəli məktəbdə davam edəcəklər. Şagirdlərin yerdəyişməsi müvəqqətidir və məsələ ən qısa zamanda həll olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR