ADA Universitetində itkin düşmüş şəxslərə həsr olunmuş tədbir keçirilib - FOTO

Beynəlxalq İtkin Düşmüşlər Günü Konfransı

© APA | Beynəlxalq İtkin Düşmüşlər Günü Konfransı

# 30 avqust 2021 11:34 (UTC +04:00)

Bu gün ADA Universitetində 30 Avqust - Beynəlxalq İtkin Düşmüşlər Günü Konfransı və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş şəxslərə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer, Ombudsman Səbinə Əliyeva və digər şəxslər iştirak edib.

Tədbirdə Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərlə bağlı məlumat verilib.

Tədbirdə itkin düşən şəxslərlə bağlı film də nümayiş olunub.

Həmçinin, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş şəxslərə həsr olunmuş sərgi təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR