ADIF Qələbənin ildönümü münasibətilə tədbir keçirib - FOTO

ADIF Qələbənin ildönümü münasibətilə tədbir keçirib - FOTO
# 06 noyabr 2021 17:49 (UTC +04:00)

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə aparılmış 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun tarixi Zəfərinin ildönümü münasibətilə Əmanətlərin Sığortalanması Fondunda (ADIF) tədbir keçirilib.

ADIF-dən “APA-Economics”ə verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan Fondun icraçı direktoru Tural Piriyev qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun apardığı 44 günlük Vətən Müharibəsi zəfərlə başa çatdı. O, Zəfər gününün Azərbaycan xalqı üçün ən əhəmiyyətli tarixi günlərdən biri olduğunu, Vətən müharibəsində ordumuzun, xalqımızın və dövlətimizin möhkəm bir yumruq şəklində birləşməsinin qələbənin qazanılmasında mühüm rol oynadığını söylədi. Həmçinin, öz çıxışında bildirdi ki, “Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan bu qələbənin əldə olunmasının əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu, müdrik xarici və daxili siyasət, böyük xalqımızın yorulmaz əməyi, birliyi və Azərbaycan əsgərinin qəhrəmanlığı dayanır”. Həmçinin, Fondun Hüquq departamentinin direktoru Bəhruz Qayıbov və Məhkəmələrlə iş şöbəsinin müdiri Azər Əmirov, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki insanlarımızın, xalqımızın, ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlılarımızın, diaspor nümayəndələrimizin 44 gün ərzindəki əzmi və iradəsindən, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsindən, düşmənə həm mənəvi həmdə ordumuzun rəşadəti ilə sarsıdıcı zərbələr endirməsindən ətraflı söz açdılar.

8 Noyabr – Zəfər Gününə həsr olunan tədbirdə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların müharibədə iştirak etmiş əməkdaşları, habelə ailə üzvləri iştirak etmişdir. Sonda isə T.Piriyev - “Vətən müharibəsi nəticəsində xalqımızın 30 illik həsrətinə son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü, süverenliyi bərpa edildi və ədalət yerini tapdı. İşğaldan azad edilmiş torpaqlarımızda quruculuq işləri yekunlaşdıqca biz artıq öz doğma yurd-yuvalarımıza, tarixi torpaqlarımıza qayıdacağıq. Müzəffər Azərbaycan Ordusunun rəşadəti və qəhrəman igid oğullarmızın şücaəti nəticəsində Cənab Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida” ifadəsi gerçəkləşdirildi. Vətən uğrunda qanından, canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik” deyə tədbiri yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR