ADPU-nun kafedra müdiri vəfat edib

ADPU-nun kafedra müdiri vəfat edib
# 24 iyun 2021 19:02 (UTC +04:00)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və Biologiya fakültəsinin Fiziologiya kafedrasının müdiri vəfat edib.

Bu barədə APA-ya Universitetdən məlumat verilib: “Təəssüf hissi ilə bildiririk ki , Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və Biologiya fakültəsinin Fiziologiya kafedrasının müdiri, Biologiya üzrə fəlsəfə doktoru, müəllimlərin, tələbələrin və universitet əməkdaşlarının sevimlisi, dəyərli alim və pedaqoq, dosent Nizam Mehdizadə haqq dünyasına qovuşub.

ADPU rəhbərliyi, elmi-pedaqoji və tələbə heyəti adından mərhum pedaqoqumuzun yaxınlarına dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin!”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR