ADPU-nun rektoru: “Bildiyim qədərilə Qarabağ Universiteti tamamilə yeni bazada yaradılacaq” 

ADPU-nun rektoru: “Bildiyim qədərilə Qarabağ Universiteti tamamilə yeni bazada yaradılacaq” 
# 11 iyun 2021 15:13 (UTC +04:00)

“Ağcabədi filialımız vaxtilə Şuşada fəaliyyət göstərib. Xankəndi Pedaqoji Universitetinin Azərbaycan bölməsi isə Şuşada fəaliyyət göstərirdi”. 

APA-nın məlumatına görə, bunu Azərbaycan Pedaqoji Universitetinin 100 illik yubileyi ilə bağlı keçirilən mətbuat konfransında ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib. 

Onun sözlərinə görə, müharibə başladıqdan sonra Azərbaycan bölməsi qısa müddət Gəncədə köçürülsə də sonradan Ağcabədidə fəaliyyət göstərməyə başlayıb: "Bu səbəbdən universitetimizin Ağcabədi filialını Şuşaya köçürmək istəyirik. Təhsil Komissiyasına təklifimizi vermişik. Eyni zamanda, istərdik ki, həmin universitetin bazasında da Qarabağ Universiteti yaradılsın. Amma bildiyim qədərilə Qarabağ Universiteti tamamilə yeni bazada yaradılacaq. Hər bir halda biz işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyət göstərməyə hazırıq. Eyni zamanda, universitetimizin tələbələri təşəbbüs göstəriblər ki, işğaldan azad olunmuş ərazilərdə tikiləcək məktəblərdə dərs deməyə hazırdılar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR