ADU-da Alman Akademik Mübadilə Xidmətinin ofisi açılıb

ADU-da Alman Akademik Mübadilə Xidmətinin ofisi açılıb
# 11 noyabr 2021 12:09 (UTC +04:00)

Azərbaycan Dillər Universitetində Alman Akademik Mübadilə Xidməti (DAAD) ofisinin açılışı olub.

APA-nın məlumatına görə, əvvəlcə Universitetin rektoru Kamal Abdullayev və Almaniyanın səfiri Volfqanq Maniq arasında görüş keçirilib. Rektor Kamal Abdullayev DAAD-ın Universitetdə açılan ofisinin fəaliyyətinə uğurlar arzulayıb. Səfir bildirib ki, DAAD-ı əsasən təqaüd verən proqram kimi tanısalar da, amma əslində başqa sahələrdə də fəaliyyət göstərir: "DAAD-in əsas məqsədlərindən biri ötən əsrdən etibarən dünya üzrə olan digər universitetlər və Almaniya universitetləri arasında əməkdaşlığı yaratmaqdır. Elmə mübadilə lazımdır və bu mübadiləni təşkil edənlərdən biri də DAAD-dir. Hazırda DAAD-in Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bir bürosu var, ikinci büro Azərbaycan Dillər Universitetində oldu, digər büronu isə Azərbaycan Texniki Universitetində açmağı planlaşdırırıq. Almaniyanın Azərbaycana elm sahəsində böyük marağı var. Almaniyada tədris dili daha çox ingilis dili yox, alman dilidir. Buna görə də alman dilinin dünya üzrə tədrisi çox vacibdir. Alman dili yalnız məktəblərdə yox, universitetlərdə də keçirilməli, həm də gələcəkdə alman dili müəllimləri üçün perspektiv olmalıdır. Qərbi Avropada ən çox danışılan dil məhz alman dilidir. Avropada 110 milyon insan alman dilində danışır”.

Daha sonra DAAD Bürosunun açılışı və kitabxanasına baxış keçirilib. DAAD metodisti Mara-Lisa Gezer DAAD-ın dünya üzrə gördüyü ümumi iş haqqında və 2018-2021-ci illər ərzində Azərbaycanda, eyni zamanda Azərbaycan Dillər Universitetində işinə dair təqdimatla çıxış edib. Mara-Lisa Gezer deyib ki, ADU-da 2018-ci ilin sentyabrından fəaliyyət göstərir. O, son illərdə Azərbaycanda məktəb və universitet müəllimləri üçün Xarici Dil kimi Alman dili (DaF) sahəsində çoxsaylı təlim kursları keçirib. O bildirib ki, DAAD-ın Azərbaycan Dillər Universitetindəki rəsmi açılışı olan ofisi Tiflisdəki DAAD regional mərkəzi ilə sıx əlaqə saxlayır. DAAD-ın Tiflisdəki regional mərkəzi Cənubi Qafqazın bütün respublikalarına cavabdehdir və təkcə Azərbaycan və Almaniya universitetləri arasında mübadilələri təşviq etməyəcək, həm də Cənubi Qafqaz regionunda ölkələr arasında mübadilə və elmi əməkdaşlığa kömək edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR