Aeroport yolundakı qəzadan sonra KTM-ə yerləşdirilən yaralıların durumu açıqlanıb

Aeroport yolundakı qəzadan sonra KTM-ə yerləşdirilən yaralıların durumu açıqlanıb
# 13 oktyabr 2021 15:34 (UTC +04:00)

Aeroport yolunda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində yaralanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən 10 nəfərdən 6-sı evə buraxılıb.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, 1 nəfərin vəziyyəti ağırdır. 1 nəfər reanimasiya, 3 nəfər isə cərrahiyə şöbəsindədir.

Qeyd edək ki, bu gün səhər saatlarında hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili "Ayşən LTD" şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TH-16 qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 23 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (10 nəfər KTM, 13 nəfər 3 saylı KŞX-yə) çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR