Ağdamda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO

Ağdamda Anım Günü ilə bağlı mərasim

© APA | Ağdamda Anım Günü ilə bağlı mərasim

# 27 sentyabr 2021 13:05 (UTC +04:00)

Ağdamda Anım Günü ilə bağlı mərasim keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, ağdamlılar 27 Sentyabr - Anım Günü münasibətilə öncə Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanını ziyarət edib. Daha sonra Şəhidlər abidəsi qarşısına toplanan izdiham Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mərasimdə şəhid ailələrinin üzvləri və rayon rəsmiləri çıxış edib. Çıxışlarda Azərbaycanın haqq savaşında qazandığı zəfərdən, xalqın birlik və bərabərliyindən danışılıb.

Qeyd edək ki, Şəhidlər xiyabanına insan axını davam edir.

Elgün Gəncimsoy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR