Ağdamda mühafizə olunan təbiət abidəsi sayılan 85 Şərq çinarının 82-si işğal zamanı məhv edilib

Mehman Nəbiyev

© APA | Mehman Nəbiyev

# 06 iyul 2021 16:52 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il tarixli 26 mart tarixli qərarı ilə xüsusi mühafizə olunan təbiət abidələri siyahısına daxil edilmiş 152 ağac mövcud olub.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib.

Onun sözlərinə görə, bu ağacların siyahısında Şərq çinarı, dağdağan, palıd, saqqız ağacı və digərləri var: “Bu ağaclar çox qədimdir, 1400-1600 yaşı vardı. İşğaldan azad olunmuş ərazilərdə mövcud olan 152 ağacdan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Ağdam rayonunun ərazisində aparılan monitorinq zamanı 139-nun olduğu əraziyə baxış keçirilib. Monitorinq nəticəsindən məlum olub ki, bu ağacların 123-ü artıq məhv edilib, yandırılıb, kəsilib. Bu ağaclar çox qədimdir, yaşı min illərlə ölçülür, diametri 6 m-dək, hündürlüyü 40-50 m-dək olub. Ağdam rayonu ərazisində 85 belə Şərq çinarı ağacı mövcud olub. Monitorinq zamanı bu ağacların 82-nin kəsilərək məhv edildiyi ortaya çıxıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR