Ağdaşda 22 yaşlı qadın özünü asıb

Ağdaşda 22 yaşlı qadın özünü asıb
# 28 avqust 2021 13:17 (UTC +04:00)

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Davudlu kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Yarməmmədova Solmaz Fəzail qızı yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.

Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. İki uşaq anası Solmaz Yarməmədovanın özünə qəsd etməsinin səbəbi hələ ki bilinmir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR