Ağdaşda şadlıq sarayında pandemiya dövrünün tələbləri pozulub

Ağdaşda şadlıq sarayında pandemiya dövrünün tələbləri pozulub

© APA | Ağdaşda şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub

# 23 iyul 2021 16:44 (UTC +04:00)

İyulun 22-də Ağdaş rayonu, Heydər Əliyev prospektində fəaliyyət göstərən "İnci” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyindən APA-ya verilən məlumata görə, yoxlama zamanı həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR