Agentlik: 3 ildə 17 minə yaxın saxta əlillik aşkarlanıb

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov

© APA | Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov

# 16 sentyabr 2021 11:27 (UTC +04:00)

"3 ildə 17 minə yaxın saxta əlillik halları aşkarlanıb və dayandırılıb".

APA-nın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov deyib.

O bildirib ki, bu proses davam edir və davam edəcək: "Eyni zamanda rayon xəstəxanalarında yoxlamalar aparılır. Göndərişlər zamanı ciddi pozuntular aşkarlanıb. Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR