Agentlik: Buster doza "Peyvənd sertifikatı"nın müddətinə təsir etmir

Agentlik: Buster doza "Peyvənd sertifikatı"nın müddətinə təsir etmir
# 01 dekabr 2021 10:29 (UTC +04:00)

COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli 371 nömrəli qərarına əsasən, “Peyvənd sertifikatı” müddətsizdir. 3-cü dozanın (buster doza) vurulması sertifikatın müddətinə təsir etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR