Agentlik: Xəstəliklərin ağırlıq dərəcəsinə görə müxtəlif faiz dərəcələri təyin olunacaq

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi

© APA | Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi

# 09 iyul 2021 16:29 (UTC +04:00)

“Hazırda böyrək çatışmazlığının 5-ci dərəcəsində standart olaraq hamıya I dərəcə əlillik təyin olunur. Lakin yeni əsasnamədə kreatin 528-ə qədər olan hallarda 90 faiz, 528-dən yuxarı olan hallarda isə 100 faiz dərəcəsinin təyin olunması nəzərdə tutulur”.

APA-nın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib.

Onun sözlərinə görə, müxtəlif xəstəliklərin ağırlıq dərəcəsinə, həyat fəaliyyətinin müxtəlif kriteriyalarının pozulma dərəcələrinə görə müxtəlif faiz dərəcələrinin təyini olacaq ki, bununla da hər bir şəxsə fərdi yanaşılacaq: “30 faiz minimum, 100 faiz isə maksimum diapazon olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR