Agentlik: Xidmətlər Zərfinə bəzi arayışların verilməsi də daxildir

Agentlik: Xidmətlər Zərfinə bəzi arayışların verilməsi də daxildir
# 08 dekabr 2021 16:52 (UTC +04:00)

“İcbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə bəzi arayışların verilməsi də daxildir”.

APA-nın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Facebook" səhifəsində "Tibbi sığorta saatı"nda Tibbi iddialar departamentinin koordinatoru Səbinə Quliyeva deyib.

O bildirib ki, bu arayışların ödənişləri İTSDA tərəfindən həyata keçiriləcək: “18 yaşa qədər uşaqların sağlamlıq haqqında arayışlarını misal göstərmək olar. Bura bütün arayış növləri daxildir. Müddətli həqiqi hərbi xidmətə çağırış alan vətəndaşların tibbi müayinədən keçməsi də Xidmətlər Zərfi çərçivəsində qarşılanır. Gələcəkdə bu sayın artırılması da planlaşdırılır. Sürücülük vəsiqəsinin alınması və s. üçün olan arayışlar ödənişli xidmətlərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR