Agentlik: Yaxın zamanlarda müharibə əlillərinə avtomobil verilməsinə başlanacaq

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev

© APA | Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev

# 11 iyun 2021 12:07 (UTC +04:00)

“Yaxın zamanlarda müharibə əlillərinə avtomobil verilməsinə başlanılması nəzərdə tutulur”.

APA-nın məlumatına görə, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev “Sosial saat”da deyib.

O bildirib ki, bu, növbəyə duracaq şəxslərin sayına əsasən veriləcək: “Bu il də maksimum çalışılacaq ki, həmin şəxslərə avtomobil təqdim olunsun. Bu proses yekunlaşmaq üzrədir. Ötən illərdən növbədə qalan şəxslərin əksəriyyətinə avtomobil verilib və say azalmağa doğru gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR