AHİK xidmət sahələrində 2 növbəli iş sisteminə keçid təklif edib

Səttar Möhbalıyev,  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

© APA | Səttar Möhbalıyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

# 23 noyabr 2021 12:47 (UTC +04:00)

“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 3 il əvvəl apardığı monitorinqə əsasən, Azərbaycanda xidmət sahələrində 400 mindən yuxarı hazır iş yerləri var”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyev deyib.
Deputat bildirib ki, qanunvericiliyə əsasən, Azərbaycanda iş saatı 8 saatdır: “İqtisadi qurumlar xidmət sahələrindən tələb etməlidir ki, 2 növbəli iş sisteminə keçid etsinlər. Bu işsizliyin aradan qaldırılmasına, daxili miqrasiyanın azalmasına səbəb olacaq. Həmin sahələrdə insanlar 16-17-18 saat işlədilir. Buna nəzarət artırılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR