Aİ və ÜST Azərbaycana COVID-19-la mübarizəyə dəstək üçün tibbi ləvazimat və avadanlıqlar təhvil verib - FOTO

Aİ, ÜST və Səhiyyə Nazirliyi arasında təhvil-təslim aktı imzalanıb

© APA | Aİ, ÜST və Səhiyyə Nazirliyi arasında təhvil-təslim aktı imzalanıb

# 12 oktyabr 2021 15:06 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana COVID-19-la mübarizəyə dəstək üçün tibbi ləvazimat və avadanlıqlar təhvil verib.

APA-nın məlumatına görə, bununla bağlı Aİ, ÜST və Səhiyyə Nazirliyi arasında təhvil-təslim aktı imzalanıb. Akta əsasən, Səhiyyə Nazirliyinə COVID-19-a yoluxmuş ağır xəstələrin müalicəsində istifadə olunması üçün 2 ədəd invaziv və 1 ədəd qeyri-invaziv süni tənəffüs aparatı, 4 xəstə monitoru, yüksək axınlı oksigen verilməsi üçün 12 nazal kanyula və COVID-19-un aşkarlanması üçün 4000 PZR testi üçün reagent təhvil verilib. Bundan əlavə COVID-19 hallarının müşahidəsində istifadə üçün 100 ədəd tablet, 5 ədəd noutbuk, 5 ədəd modem və onlar üçün gərəkli proqram təminatı da Nazirliyə təqdim edilib.

Bu ləvazimat və avadanlıqlar Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində ölkəyə gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR