Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ayrılacaq vəsait 52 faiz artırılır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ayrılacaq vəsait 52 faiz artırılır
# 05 noyabr 2021 16:23 (UTC +04:00)

Məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar və onların ailə üzvləri ilə sosial, psixoloji və psixo-pedaqoji işin təşkili və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı, həmçinin Komitə Aparatının saxlanılması xərcləri üçün 2022-ci ilin dövlət büdcəsindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə cəm olaraq 2.3 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

APA-nın məlumatına görə, bu, “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu, 2021-ci illlə müqayisədə 0.8 milyon manat və ya 52.3 faiz çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR