Akademik Çingiz Qacar II Fəxri Xiyabanda dəfn olunub - FOTO - VİDEO

Akademik Çingiz Qacar II Fəxri Xiyabanda dəfn olunub - <span class="red_color">FOTO - <span class="red_color">VİDEO
# 12 iyun 2021 13:27 (UTC +04:00)

AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, akademik Çingiz Qacar dəfn olunub. 

APA-nın xəbərinə görə, bu gün 92 yaşında vəfat edən akademik II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, həmçinin akademiyanın bir sıra elmi müəssisə və təşkilatlarının rəhbərləri, elmi ictimaiyyət nümayəndələri və mərhumun ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub.

Molekulyar spektroskopiya sahəsində elmi əsasların yaranmasında kompleks işlər gördüyünə və geniş istifadəli elektron cihazların istehsal texnologiyasına görə o 1982-ci ildə Azərbaycan SSR-nin Dövlət Mükafatına və SSRİ EA-nın S.İ. Vavilov adına mükafata layiq görülüb, 2004-cü ildə isə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.

Ona 1990-cı ildə Azərbaycan SSR Əməkdar Elm Xadimi fəxri adı verilib.

18 aprel 2014-cü ildə Akademik Çingiz Qacar fizika elmi sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafata layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR