Aleksandr Ata ilə vida mərasimi keçirilib - VİDEO - FOTO - YENİLƏNİB

Aleksandr Ata ilə vida mərasimi keçirilib  - <span class="red_color">VİDEO - <span class="red_color">FOTO - <span class="red_color">YENİLƏNİB

© APA | Bakıda Aleksandr Ata ilə vida mərasimi

# 13 iyun 2021 13:29 (UTC +04:00)

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə (Aleksandr Ata) vida mərasimi başa çatıb.

APA-nın məlumatına görə, vida mərasimində Qafqaz Müsəlmanları İfdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aleksandr Atanın Azərbaycanda dinlərarası münasibətlərin, multikultiralizmin inkişafında, Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin bərqərar olmasında rolundan danışıblar.

Aleksandr Ata Birinci Fəxri xiyabanda dəfn ediləcək.

***

saat 10.59

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə (Aleksandr Ata) vida mərasimi keçirilir.

APA-nın məlumatına görə, vida mərasimi Rus Pravoslav Kilsəsində keçirilir.

Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, dini konvessiyaların rəhbərləri iştirak edirlər.

Aleksandr İşein Birinci Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Aleksandr İşein uzun sürən ağır xəstəlikdən sonra iyunun 10-da vəfat edib.

Aleksandr İşein 1952-ci ilin 13 oktyabrında Rusiyanın Yaroslavl şəhərində anadan olub. Moskva Teoloji Akademiyasını bitirən Aleksandr İşein 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 1998-ci ildə Bakı yeparxiyasının yepiskopu təyin edilib. Aleksandr İşeinin 2012-ci ildən dərəcəsi arxiyepiskop olub.

Din xadimi kimi səmərəli fəaliyyəti qiymətləndirilən Arxiyepiskop Aleksandr 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni ilə təltif edilib, 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

© APA | Aleksandr Ata ilə vida mərasimi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR