Alessandro Frakasseti Gəncə, Bərdə və Tərtərə səfər edib

Alessandro Frakasseti Gəncə, Bərdə və Tərtərdə olub

© APA | Alessandro Frakasseti Gəncə, Bərdə və Tərtərdə olub

# 24 sentyabr 2021 13:35 (UTC +04:00)

Bu həftə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Rezident nümayəndəsi Alessandro Frakassetinin Gəncə, Bərdə və Tərtərə rəsmi səfərləri baş tutub.

BMTİP-dən APA-ya bildirilib ki, səfərlərin əsas məqsədi dövlət partnyorları, beynəlxalq donorlar və ortaq layihələrdən faydalananlarla görüşmək, həmçinin cari layihələrin nəticələri ilə tanış olmaq olub.

Gəncədə səfərdə olan A. Frakassetti Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şahin Məhərrəmovla görüşüb, daha sonra ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiya direktoru Caidev Sinqx ilə birgə Azərbaycan Texnologiya Universitetinin nəzdində fəaliyyət göstərən Gəncə PROGRO mərkəzinə baş çəkiblər.

BMTİP-nin Rezident nümayəndəsi Alessandro Frakassetti, həmçinin Bərdədə səfərdə olub. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ilə birgə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşüb. Tərəflər tezliklə Bərdədə qadınların səlahiyyətləndirilməsi istiqamətində başlayacaq yeni layihəni müzakirə ediblər.

Daha sonra A. Frakassetti və S. Qəhrəmanova Tərtər rayonuna səfər edərək rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüş zamanı BMT-nin İnkişaf Proqramı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə icra edilən "Azərbaycanın Füzuli-Horadiz, Ağcəbədi və Tərtər rayonlarında əhalinin həssas qruplarının erkən bərpa və icma dayanıqlığının təmin edilməsi" layihəsi çərçivəsində bugünə kimi görülmüş işlər və əldə edilmiş nailiyyətlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR