İyunun 1-də Ali Məhkəmənin sədri Ramiz Rzayev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ali Məhkəmədən APA-ya verilən məlumata görə, nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirən Ali Məhkəmənin sədri zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə başda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş Türkiyə xalqına dərin təşəkkür etmiş, bunun Ulu Öndər Heydər Əliyevin “Azərbaycan - Türkiyə bir millət, iki dövlətdir” ifadəsinin real həyatda təcəssümü olduğunu vurğulayıb.
Azərbaycanla Türkiyə arasında işgüzar əlaqələrin və dostluq münasibətlərinin bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemləri arasında uğurlu və davamlı inkişafından məmnunluğunu ifadə edən Ali Məhkəmənin sədri ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində görülən işlərdən danışıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarını, ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən islahatları, hakim vəzifəsinə seçim prosedurlarının müasir standartlara uyğunlaşdırılmasını, məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edildiyini diqqətə çatdırıb.
Daha sonra, Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin səmimi görüşə görə nümayəndə heyətinin adından öz təşəkkürünü bildirib, Azərbaycanı Vətən müharibəsində qazandığı möhtəşəm qələbə münasibətilə təbrik etmiş, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və cansağlığı diləyib.
Türkiyə nümayəndə heyətinin rəhbəri ölkəmizin müasir tələblərə cavab verən qanunvericilik bazasını yüksək dəyərləndirmiş, Türkiyədə Ali Məhkəmənin və prokurorluğun fəaliyyət dairəsi barədə ətraflı məlumat verib.
Dərin tarixi köklərə malik əlaqələrimizin yüksək səviyyəsini qeyd edən Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanın hərtərəfli dinamik inkişafını, məhkəmə-hüquq sistemində aparılan islahatları və əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirib.
Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə və prokurorluq orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə və həmçinin əhəmiyyətli görüşə görə Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinə və nümayəndə heyətinin üzvlərinə təşəkkür etmiş və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda Türkiyəli qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, Məhkəmə tarixi muzeyinə baxıblar. Türkiyə Ali Məhkəməsinin Baş prokuroru muzeyin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazıb.
Ali Məhkəmənin sədri Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşüb - FOTO
© APA | Ali Məhkəmədə Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinlə görüş
01 iyun 2021 12:35 (UTC +04:00)
Sosial
Xırdalanda 12 ədəd qumbara tapılıb - VİDEO
09:34
29 mart 2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayır - VİDEO
09:33
29 mart 2024
Daha 35 ailə Füzuliyə yola salınıb - FOTO
07:17
29 mart 2024
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq iki ayağını itirib - FOTO - VİDEO
04:29
29 mart 2024